
Bakı. Trend:
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının
əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq
təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətdən Trend-ə
verilən məlumata görə, həbs edilmiş şəxs İlkin İlham oğlu Vəzirova
atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı
xurmaların içərisində xüsusi üsulla gizlədilmiş sellofan
bükülülərdə 0,831 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.





























