
Bakı. Trend:
Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava
şəraiti sabit, yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi
dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan
xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən
Trend-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Ağsuda
5 mm, Qrız, Qəbələ, Şahbuzda 2 mm, Şahdağ, Gədəbəydə 1 mm-dək
olub.
Aprelin 19-da saat 16:14-16:54 radələrində Xınalığa diametri
9-12 mm olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Ağstafada 25 m/s, Tovuz, Daşkəsəndə 20
m/s, Gədəbəydə 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29,
Naxçıvan MR-da 28-32, Aran rayonlarında 29, dağlıq rayonlarda 25
dərəcəyədək isti olub.





























