
Bakı. Trend:
2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda dəniz nəqliyyatı
ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə
nisbətən 31,9 faiz artaraq 6,2 min nəfər olub.
Bu barədə Trend-ə
Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunan dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış yüklərin
həcmi 1935,8 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə
nisbətən 6,1 faiz artıb. Yüklərin 49,6 faizini neft yükləri təşkil
edib. Dəniz limanları tərəfindən 3319,8 min ton həcmində
yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2677,0 min
tonunu və ya 80,6 faizini tranzit yüklər təşkil edib. 2024-cü il
aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 197,5
min ton olub.
Ümumilikdə 2024-cü ilin yanvar-mart aylarında nəqliyyatçılar
452,9 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,6 faizi
avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər
nəqliyyat növləri ilə daşınıb.





























