Advertisement

Əhali ictimai iaşə obyektlərində nə qədər pul xərcləyib?

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə
dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, real ifadədə
6,7 faiz artaraq 452,1 milyon manat olub.

Bu barədə Trend
Dövlət Statistika Komitəsindən məlumat verilib.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51 faizi hüquqi
şəxslərin, 49 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə
2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 7,4 faiz artaraq
227,9 milyon manat olub.

Ümumilikdə 2024-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən
ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə
müqayisədə, real ifadədə 5,8 faiz artaraq 2827,4 milyon manat olub.
Hüquqi şəxslər tərəfindən əhaliyə 2136,9 milyon manatlıq xidmət
göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6 faizini
təşkil edib.