
Bakı. Trend:
“Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların,
mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan
edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının
yerləşdiyi binaların siyahısı”nda dəyişiklik edilib.
Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli
Əsədov imzalayıb.
Sənədə əsasən, “Azərbaycan Respublikası Prezidentinin
Təhlükəsizlik Xidmətinin inzibati binası, Azərbaycan Respublikası
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin
inzibati binası və Azərbaycan Respublikası Strateji Obyektlərin
Mühafizəsi Dövlət Agentliyinin inzibati binası ətrafında 200 metr
radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və
küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən binaların
siyahısına daxil edilib.





























