
Bakı. Trend:
Bakıda 2377 qutu müxtəlif adda xarici markalı siqaretlər
aşkarlanıb.
Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat
verilib.
Bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat
İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu ərazisində
keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikasının aksiz
markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış,
ümumilikdə 2377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkar
olunaraq götürülüb.
Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.





























