
Bakı. Trend:
Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə
yanğın başlayıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından
Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb
olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.





























