
Bakı. Trend:
2023-cü ildə əvvəlki illərdən bağlı qalmış 10 qəsdən adam
öldürmə cinayətinin üstü açılıb.
Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün
keçirilən geniş kollegiya iclasında deyib.
Baş prokuror bildirib ki, hesabat dövründə Baş Prokurorluğun
İstintaq idarəsi tərəfindən 44 cinayət işinin ibtidai istintaqı
aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib:
“2023-cü ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə
orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat
tədbirləri ilə ötən illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə
cinayətinin üstü açılıb.
Bununla da, 1 may 2020-ci il tarixdən hazıradək isə əvvəlki
illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 37
qəsdən adam öldürmə cinayəti açılıb”.





























