Advertisement

Nərimanovdakı yanğınla bağlı tədbirlər görülür – DİN

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Nərimanov rayonunda taxta
bazarı adlanan ərazidə yanğın başlayıb.

Daxili işlər Nazirliyindən Trend-ə bildirilib ki, yanğınla
əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Qeyd edilib ki, təhlükəsizlik tədbirləri görülür.