
Bakı.Trend
Xudafərin- Qubadlı – Laçın yolunun layihələndirilməsi zamanı
tikinti altına bir neçə məzarlıq düşüb.
Trend xəbər verir ki, bu barədə
Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın,
həmçinin, Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil
yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə
təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı
ictimai dinləmədə məlumat verilib.
Bildirilib ki, yolun tikintisi zamanı Qubadlıda aidiyyəti
qurumların nümayəndələri ilə birlikdə müvafiq sənədləşmə aparıIaraq
avtomobil yolunun 18+800 km-də 61 məzar, 36+500 – 36+700 km-lər
arası XVII əsrə aid olan Yaxşının qəbri və 30+450 km-də Seyyid
Babiş Cəfəroğlunun ziyarətgahı köçürülüb.





























