Advertisement

Azərbaycanda 31 dərəcə isti olub – FAKTİKİ HAVA

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin aprelin 21-i saat 10:00-a
olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən
yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında
27, Naxçıvan MR-da və Aran rayonlarında 31, dağlıq rayonlarda 22
dərəcəyədək isti olub.