
Bakı. Trend:
Almaniyanı təmsil edən Daria Varfolomeyev Bakıda keçirilən bədii
gimnastika üzrə Dünya Kubokunda topla hərəkətlərdə birinci yeri
tutub.
Trend xəbər verir ki, bu proqramda gimnastın nəticəsi 34.200 xal
olub.
İkinci yeri bolqarıstanlı Yeva Brezəliyeva tutub. Onun çıxışı
hakimlər tərəfindən 33.800 balla qiymətləndirilib, üçüncü yeri
33.800 balla ukraynalı Taisiya Onofriyçuk tutub.
Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika
Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları
keçirilir.





























