
Bakı. Trend:
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya
Kubokunun qalib və mükafatçılarının mükafatlandırma mərasimi
keçirilib.
Trend xəbər verir ki, halqa və topla fərdi hərəkətlər
proqramında qalib və mükafatçılar, o cümlədən beş halqa ilə qrup
hərəkətləri üzrə çıxış edən komandalar mükafatlandırılıb.
Halqa ilə hərəkətlər proqramında Daria Varfolomeyev (Almaniya)
qızıl, Sofiya Raffaeli (İtaliya) gümüş, Eva Brezəliyeva
(Bolqarıstan) isə bürünc medala sahib olublar.
Topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə Daria
Varfolomeyev (Almaniya) qalxıb, ikinci yeri Eva Brezəliyeva
(Bolqarıstan), üçüncü yeri isə Taisiya Onofriyçuk (Ukrayna)
tutub.
Beş halqa ilə proqram üzrə qrup hərəkətləri üzrə komandalar
arasında Yaponiya komandası birinci, İtaliya komandası ikinci,
Azərbaycan komandası isə üçüncü yeri tutub.
Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika
Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları
keçirilir.





























