
Bakı. Trend:
Şəhidlərimizin canı-qanı bahasına azad edilən doğma diyarda
yaşamaq mənim üçün böyük fəxrdir.
Bunu Trend-ə
açıqlamasında Füzuli sakini Eynal Quliyev deyib.
Onun sözlərinə görə, Qarabağın dağlarını, sıldırımlı qayalarını
azad etmək böyük qəhrəmanlıq, şücaət tələb edir. Azərbaycan Ordusu
bu işin öhdəsindən layiqincə gəldi.
“İlk növbədə Ali Baş Komandanımıza təşəkkürümü bildirirəm. Məhz
onun rəhbərliyi bizi torpağımıza qovuşdurdu. Allah şəhidlərimizə
rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Mən özüm də 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. 32
yaşımda Füzulini məcburi şəkildə tərk etmişəm. Ömrümün yarısını
vətən həsrəti ilə yaşamışam. İndi isə çox sevinirəm”, – deyə o
bildirib.
Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə – 172 nəfər yola salınıb.
Bununla da Füzuli şəhərində 705 ailənin, yəni 2689 nəfərin daimi
məskunlaşması təmin edilib.





























