
Bakı. Trend:
Şəhidlərimizin ata-anaları qarşısında baş əyirik.
Bunu Trend-ə
açıqlamasında Füzuli sakini Məlahət Abbasova deyib.
Onun sözlərinə görə, məhz şəhidlərimizin, qazilərimizin
sayəsində torpaqlarımız işğaldan azad edilib.
Füzuli sakini deyib ki, Ali Baş Komandanımıza torpaqlarımızın
azad edilməsi, bizim orada yaşamağımıza şərait yaratdığı üçün
minnətdarlığımızı bildiririk.
“Bu gün biz çox sevinirik ki, doğma torpaqlarımıza geri dönürük.
65 yaşımda oğlum, gəlinim, nəvələrimlə doğma Füzuliyə qayıdıram”, –
deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə – 172 nəfər yola salınıb.
Bununla da Füzuli şəhərində 705 ailənin, yəni 2689 nəfərin daimi
məskunlaşması təmin edilib.





























