Advertisement

Bakıda küləyin sürəti 23 m/s-dək artıb – FAKTİKİ HAVA

Bakı. Trend:

Aprelin 22-si saat 8:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər
verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən
şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron
yarımadasında saniyədə 23, Naftalanda 24, Goranboyda 23,
Mingəçevirdə 20, Tərtərdə 18, Gəncədə 16 metrə çatır.

Milli Hidrometeorologiya Xidmətindən
Trend
-ə verilən məlumata görə, havanın maksimal temperaturu
aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan
Muxtar Respublikasında 28, Aran rayonlarında 30-32, dağlıq
rayonlarda 20-25 dərəcə isti olub.

Bəzi dağlıq və dağətəyi rayonlarda – Şahdağ, Qrız, Daşkəsən,
Gədəbəy, Göygöl, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.