Advertisement

Masallının 10 yaşayış məntəqəsində qaz olmayacaq

Bakı. Trend:

Bu gün Masallı rayonunun qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz”
İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Tüklə QPS” ölçü qovşağından qidalanan orta
təzyiqli qaz xətti üzərində quraşdırılmış istismara yararsız
siyirtmənin “Təmiz Qaz” QSC tərəfindən əvəzlənməsi ilə bağlı
aprelin 22-də saat 09:00-dan etibarən işlər başa çatanadək Masallı
rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Masallı rayonunun Boradigah
qəsəbəsinin, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba,
Babaser, Tüklə və Bədəlan kəndlərinin qaz təchizatında müvəqqəti
fasilə yaranacaq.