
Bakı. Trend:
Ətraf mühitə normadan artıq zərərli maddələr atan avtomobillərin
istismarının qarşını alınması məqsədilə Baş Dövlət Yol Polisi (DYP)
İdarəsinin bölgələrdə həyata keçirdiyi nəzarət tədbirləri davam
edir.
Bu barədə Trend-ə İdarədən
məlumat verilib.
Xaçmaz və Beyləqan rayonlarında təşkil olunan növbəti tədbir
zamanı DYP əməkdaşları mühərrikinin işlənmiş qazlarında atmosferə
atılan zərərli maddələrin miqdarı normadan çox olan avtonəqliyyat
vasitələrinin sürücülərinə qarşı qanunvericiliyə uyğun tədbirlər
görməklə yanaşı, nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf
mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə
bağlı onlarla maarifləndirmə xarakterli söhbətlər aparıb.





























