Advertisement

ADY-nin sədri Türkiyədə keçirilən dəyirmi masada iştirak edib

26 yanvarda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən
Rüstəmov Türkiyənin Ankara şəhərində baş tutan “Trans-Xəzər
Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi
Şəxslər Birliyinin ümumi yığıncağının növbəti iclası çərçivəsində
keçirilən dəyirmi masada iştirak edib.

Trend xəbər verir ki, dəyirmi
masada marşrut üzrə ötən il ərzində qarşıya çıxan çətinliklər, əldə
olunmuş nailiyyətlər, eləcə də növbəti illər ərzində marşrutun
səmərəliliyinin artırılması ilə bağlı birgə atılacaq addımlar,
xüsusən də Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr
aparılıb.

Həmçinin tədbirdə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf
Bankı tərəfindən Orta Dəhliz üzrə aparılmış tədqiqatın nəticələri
və ondan irəli gələn tövsiyələri barədə məlumat verilib.