Advertisement

“Peyvəndlərlə əlaqədar doğru bildiyimiz yanlışlar” mövzusunda seminar keçiriləcək

Bakı. Trend:

25 aprel 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi
Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Peyvəndlərlə əlaqədar
doğru bildiyimiz yanlışlar” mövzusunda seminar keçiriləcək.

Həyata keçiriləcək maarifləndirici tədbir gənc auditoriya,
xüsusi ilə könüllülər üçün nəzərdə tutulmuşdur. Seminar zamanı
peyvəndlərlə qarşısı alına bilən xəstəliklər, peyvəndləmənin
vacibliyi, o cümlədən peyvəndlərlə bağlı miflər barədə Mərkəzi
Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva “Peyvəndlərlə
əlaqədar doğru bildiyimiz yanlışlar” mövzusunda təqdimatla çıxış
edəcək.

Seminar əyani şəkildə saat 15:00-dan 17:00-dək Mərkəzi Gömrük
Hospitalının akt zalında, distant şəkildə isə zoom platformasında
həyata keçiriləcək. Əyani iştirak yalnız dəvətnamə əsasında,
distant iştirak isə qeydiyyatla həyata keçiriləcəkdir.

Seminarda iştirak edərək proqramı tamamlayan gənclərə sertifikat
veriləcək.

Seminarda iştirak ödənişsizdir. Seminarda distant iştirak üçün
qeydiyyatdan keçmək mütləqdir.

• Proqramla tanış olmaq üçün link: https://customshospital.az/peyvendlerle-elaqedar-dogru-bildiyimiz-yanlislar/
• Distant iştirak üçün qeydiyyat linki: https://us06web.zoom.us/webinar/register/WN_ZTjID0n7RHyoDK6_w1H0FA