
Bakı. Trend:
Azərbaycanda dəmiryol nəqliyyatı ilə 2024-cü ilin yanvar-mart
aylarında 4,5 milyon ton yük, 1881,3 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2023-cü ilin eyni dövrü
ilə müqayisədə, yük daşınmasında 0,3 faiz, sərnişin daşınmasında
isə 24,6 faiz artım müşahidə olunub.
Orta hesabla sutkada 355 vaqon yüklənib, 416 vaqon isə
boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,3
min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə
isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.
Ümumilikdə qeyd olunan dövr ərzində nəqliyyatçılar 452,9 milyon
sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,6 faizi avtomobil
nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat
növləri ilə daşınıb.





























