
Bakı. Trend:
Aprelin 23-də müəllimlərin iş yerinin dəyişdirilməsi
müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə
başlanılacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Trend-ə
verilən məlumata görə, qeyd olunan tarixdə keçiriləcək vakansiya
seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi
qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.
Vakansiya seçimi üçün elektron sistem aprelin 29-u saat
11:00-dək aktiv olacaq.
Xatırladaq ki, aprelin 17-dən 19-dak keçirilmiş vakansiya seçimi
mərhələsində 14 nəfər şəhid ailəsinin üzvü olan müəllim iş yerini
dəyişdirmək imkanı qazanıb.





























