
Bakı. Trend:
Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur.
Bu barədə Trend-ə açıqlamasında Füzuli sakini Arzu Kərimova
deyib.
“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı
versin. Onlar bizə bu sevinci yaşadıb. Füzuliyə qayıtdığım üçün çox
sevinirəm. 1993-cü ildə Füzulidən çıxmışdıq. Hazırda yaşadığım yer
18-ci evdir ki, mən kirayə qalırdım. Amma indi öz doğma torpağıma,
evimə qayıdıram”,- deyə o bildirib.
Qeyd edək ki, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati
binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç
karvanı aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola
salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 150 nəfər
köçürülüb. İndiyədək Füzuli şəhərinə 744 ailənin, yəni 2839 nəfərin
daimi məskunlaşması təmin edilib.





























