Advertisement

Bakıda kafedən pul oğurlayan şəxs saxlanıldı

Bakı. Trend:

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.

Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis
Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində
yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli
bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.