Advertisement

Azərbaycan dünyada tanınmış idman ölkələrindən biridir – Çingiz Hüseynzadə

Bakı. Trend:

Bu gün Azərbaycan dünyada tanınmış idman ölkələrindən biridir.
Azərbaycanda olimpiya hərəkatı çox geniş inkişaf edir, yayılır.

Trend xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK)
vitse-prezidenti Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsi ilə
“VİSA”-nın birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyini qazanandan sonra
yaranan bir təşkilat olaraq, Azərbaycanda olimpiya hərəkatının
yaranmasına çalışmışıq.

“Buna müəyyən dərəcədə nail olduq. Azərbaycanda ilk Avropa
Oyunları və İslam Oyunları bir sıra idman növləri üzrə Avropa və
Dünya çempionatları keçirilib. Bu tədbirlərin həyata keçirilməsi
müddətində Azərbaycan Olimpiya Komitəsinin tərəfdaşları hər zaman
yanımızda olub. Bizim üçün qürurlu bir hadisədir ki, keçən ildən
etibarən “VİSA” şirkəti bizim yanımızdadır. Mən ümid edirəm ki,
bizim bütün sponsorlarımız, o cümlədən, “VİSA” ilə birgə Parisdə
növbəti qələbələr qazanacağıq”, – deyə Ç.Hüseynzadə əlavə edib.