Advertisement

Körpələr evində qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Yevlax rayon Qaraməmmədli kənd körpələr evi və uşaq bağçasında
baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti
əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Trend-ə Yevlax
Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 2020-2024-cü illlərdə bağçanın maddi bazası
imkan vermədiyi halda əlavə qrup təşkil olunmaqla qanunla nəzərdə
tutulmayan vəzifələrdə çalışan işçilərə əməkhaqqı ödənilməsi, ərzaq
məhsullarının əsassız olaraq məxaricə silinməsi və digər qanunsuz
yollarla xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf
edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3
və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli
miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə
cinayət işi başlanaraq istintaq aparılır.