Advertisement

Azərbaycanda yeni rüsum MÜƏYYƏN EDİLİR

Bakı. Trend:

Tütün məmulatının idxalı və istehsalını həyata keçirən
sahibkarlıq subyektləri üçün yeni rüsum müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında mazakirə edilən “Dövlət rüsumu haqqında”
qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, tütün məmulatının idxalı və istehsalını
həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı
və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin
Reyestrindən çıxarışın verilməsi rüsumu 150 manat təşkil
edəcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.