
Bakı. Trend:
Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.
Trend xəbər verir ki, Milli
Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim
cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-17°, gündüz 24-29° olacaq. Atmosfer
təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət
40-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin
gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi
yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17°, gündüz 25-30°, dağlarda gecə
5-10°, gündüz 13-18° olacaq.





























