
Bakı. Trend:
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank
bölmələrinin şəxsi heyəti arasında yarış keçirilib.
Bu barədə Trend-ə Müdafiə
Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilb ki, yarış zamanı bölmələrdə şəxsi heyətin fiziki
hazırlığı yoxlanılıb, zirehli texnikanın ştat silahlarının təyin
olunmuş vaxt ərzində sökülüb-yığılması, eləcə də digər tapşırıqlar
üzrə normativlər qəbul edilib.
Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi
bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən döyüş vərdişlərinin
təkmilləşdirilməsidir.





























