
Bakı. Trend:
Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının
xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul
əməliyyatları üçün dövlət rüsumunun dərəcələrində dəyişiklik
edilir.
Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında”
qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə
əsasən, bu rüsumun 15 dollar olması təklif edilir.
Belə ki, rüsum məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının
qeydə alınmasına (qeydiyyat “Elektron məhkəmə” informasiya sistemi
vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən
aparıldıqda şəhadətnamənin verilməsinə) görə (qətnamədə dövlət
rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə
birinci müraciət etmiş tərəfdən) ödənilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.





























