Advertisement

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada Ali Səviyəlli toplantı keçirib (FOTO)


Cəmiyyət
Materials
23 Aprel 2024 14:54 (UTC +04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada Ali Səviyəlli toplantı keçirib (FOTO)
İnqilab Məmmədov

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qərbi
Balkanların Dostları” başlığı altında Sloveniyanın paytaxtı
Lyublyana şəhərində ali səviyyəli konfrans keçirilib.

Trend xəbər verir ki,
konfransda “Qərbi Balkanlarda siyasi və təhlükəsizlik vəziyyəti
Avropada və dünyada geosiyasi dəyişikliklərin konteksti”, “Avropa
İttifaqının (və NATO-nun) Genişlənmə Strategiyası” və o cümlədən
Azərbaycanda keçiriləcək COP29-a həsr olunmuş “Qərbi Balkanlarının
Avropa İncələməsində İnteqrasiyası: COP29-a gətirən yol” müzakirə
mövzuları olub.

Toplantıda Sloveniyanın sabiq Prezidenti Borut Pahor,
Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev, Serbiyanın sabiq
Prezidenti Boris Tadiç, BMT Baş Assambleyasının 75-ci Sessiyasının
Prezidenti Volkan Bozkır və 67-ci Sessiyasının Prezidenti Vuk
Yeremiç, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti
üzrə sabiq ali nümayəndəsi və Avropa Komissiyasının sabiq birinci
vitse-prezidenti Baronessa Ketrin Eşton, Avstriyanın sabiq federal
Prezidenti Haynts Fişer, Xorvatiyanın sabiq Prezidenti İvo
Yosipoviç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen
İvaniç, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç və sabiq
Müdafiə naziri Miliça Peyanoviç-Durisiç, Avstriyanın sabiq federal
xarici işlər naziri Benita Ferrero-Valdner, Monteneqronun sabiq Baş
naziri İqor Luksiç, Avropa İttifaqının Belqrad-Priştina dialoqu
üzrə xüsusi nümayəndəsi Miroslav Layçak və digər ali səviyyəli
qonaqlar iştirak ediblər.

Həmçinin, səfər çərçivəsində Sloveniyanın Prezidenti
xanım Nataşa Pirc-Musar ali səviyyəli toplantının iştirakçılarını
qəbul edib. Görüş zamanı xanım Prezidentə Mərkəzin nəşri olan
“Qələmin Sehri – Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar”
kitabının xüsusi nəşri təqdim olunub.