Advertisement

Şamaxı və İsmayıllıya dolu düşüb – FAKTİKİ HAVA

Bakı. Trend:

Bu gün saat 16:30-a olan məlumata əsasən, Ordubad, Qrız, Şahdağ,
Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir
yağış yağıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti
məlumat yayıb.

Bildirilib ki, saat 15:30 radələrində Şamaxı rayonu Məlhəm
kəndinə 15 dəqiqə ərzində diametri 3-4 mm, İsmayıllı rayonu Qalacıq
kəndinə isə saat 15:45-16:00 radələrində 10-11 mm olan dolu
düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan
MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 19, yüksək dağlıq
ərazilərdə isə 4 dərəcəyədək isti qeydə alınıb.