Advertisement

Əmək qabiliyyətli şəxslərə sığorta ödənişi qaydası dəyişir

Bakı. Trend:

Əmək qabiliyyətli şəxslərə sığorta ödənişi qaydası dəyişir.

Trend-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədovun
qərarı ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik
edilir.

Dəyişikliyə əsasən, “İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun 13.2.3-cü maddəsində nəzərdə tutulan halda
sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36
təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla)
üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli
şəxslərə minimum sığorta ödənişi təyin edilir. Bu halda sığorta
ödənişinin müddəti 3 ay təşkil edir və hər ay üçün bərabər məbləğdə
ödənilir.

Dəyişiklikdən əvvəlki qaydaya əsasən isə ən azı 30 ay sığorta
stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta
ödənişinin təyin edilməsi nəzərdə tutulurdu.