
Bakı. Trend:
Beynəlxalq Enerji Agentliyi (BEA) bu il bəzi bazarlarda yavaş
artım sürətinə baxmayaraq, görünməmiş qlobal zirvəyə yüksəlməsi
gözlənilən elektromobil və qoşulan (plug-in) hibrid avtomobil
satışlarında əhəmiyyətli yüksəliş proqnozlaşdırır.
Trend-in
məlumatına görə, 2024-cü ildə 17 milyon ədəd akkumulyatorlu və
qoşulan hibrid nəqliyyat vasitələrinin öz sahiblərini tapacağı
gözlənilir. Bu rəqəm əvvəlki ilin göstəricilərindən 20 faiz
çoxdur.
Rəqabətin getdikcə artdığı bir mühitdə rəqabət qabiliyyətini
qorumaq üçün elektrikli avtomobil bazarında tanınmış brend olan
“Tesla” şirkəti bu yaxınlarda qiymətləri aşağı salıb. Bu strateji
addım, şirkətin dünyanın ən böyük akkumulyatorlu elektrikli
avtomobil istehsalçısı adı uğrunda mübarizədə ən yaxın rəqibi olan
Çinə məxsus “BYD” şirkəti kimi ciddi rəqibləri arasında bazarda
dominant mövqeyini qorumağa çalışdığı üçün atılıb.
Müxtəlif ölkələrdə tələbin dəyişkən olduğunu bildirən BEA
rəhbəri Fatih Birol qlobal elektromobillərə (EM) keçidin hiss
olunan artım dinamikasını vurğulayıb.
“Qlobal elektromobil inqilabı boşa çıxmır, əksinə, yeni yüksəliş
mərhələsinə qədəm qoyur”, – deyə o bildirib.





























