Advertisement

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Bakı. Trend:

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki
dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində
axtarışda olan 88 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.