
Bakı. Trend:
Polis əməkdaşları ötən gün ölkə ərazisində 19 kiloqramdan çox
narkotik aşkar ediblər.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr
– 9,4 kiloqramdan artıq heroin, 5,4 kiloqramdan çox marixuana, 4,3
kiloqramdan çox metamfetamin olub.





























