Advertisement

Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

Bakı. Trend:

Mərkəzi Asiyanın kosmik simalarının bir araya gəldiyi Kosmik
Texnologiyalar Konfransı (STC2024) gələn il Bakıda keçiriləcək.

Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər
verir ki, bu, Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentlik
rəhbərlərinin üçüncü toplantısında elan edilib.

Toplantıda qeyd edilib ki, kosmik sahədəki qlobal tədbirə ev
sahibliyi etmək kimi təcrübəyə malik olması gələn il Türk
Dövlətləri Təşkilatının kosmik agentliklərinin növbəti görüşünün də
Bakıda keçirilməsinə imkan verir.

Qeyd edək ki, hazırda üçüncü dəfə keçirilən Konfransa Türkiyə
Kosmik Agentliyi ev sahibliyi edir. Konfrans çərçivəsində Türk
Dövlətləri Təşkilatının (TDT) kosmik agentlik rəhbərlərinin üçüncü
toplantısı işə başlayıb. Toplantıda Türk Dövlətləri Təşkilatına üzv
olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir.