Advertisement

Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır

Bakı. Trend:

“Bakcell”in sosial mediada paylaşdığı sonuncu videolarda musiqi
ulduzları Röya və Miri Yusif bütün ölkəni yeniliyə səsləyib. Məşhur
simalarla yanaşı, ən çox təəccüb yaradan süni intellekt dəstəkli
robot olub. İnsanabənzər robot da Azərbaycan dilində danışığı ilə
Bulvardakı konsertə dəvət mesajı göndərib.

Robotla bağlı hələ ki dəqiq məlumat olmasa da, görünür, Bakcell
25 aprel, 18:00-da Bakı Bulvarında baş tutacaq konserti ilə bütün
Azərbaycana innovasiyalarla dolu bir təcrübə yaşadacaq.

Bundan əlavə, ötən günlərdə 100 000 GB hədiyyə veriləcəyini
bildirən Bakcell, Tünzalə Ağayeva, Natiq Ritm Qrupu, Murad Arif
kimi məşhur simalarını açıqlamışdı. Maraqlıdır, Bakcell hansı
yenilikləri ictimaiyyətə bölüşəcək? Detalları 25 aprel 18:00-da
Bulvarda biləcəyik.