Advertisement

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportunda “Air France” aviaşirkətinə
məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan
edilib.

Aeroportdan Trend-ə bildirilib kii, Osaka-Paris marşrutu ilə
hərəkət edən “Boeing 777” hava gəmisi göyərtəsindəki yaranan tüstü
səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.

Aeroportda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün
qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

“Air France” aviadaşıyıcısının təyyarəsi Bakı vaxtı ilə saat
16:37-də uğurla eniş edib.

Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insident
nəticəsində xəsarət alan olmayıb.

Hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş
verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər
kompleksi təşkil olunur.