Advertisement

Sabah 4 rayonda qaz kəsiləcək

Bakı. Trend:

Sabah Ucar və Zərdab rayonlarının, Beyləqan və Göyçay
rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, buna səbəb Göyçay rayonunun bir hissəsini təbii
qazla təmin edən orta təzyiqli qaz xətlərində “Təmiz Qaz” QSC
tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, sayğacların yeni
çəkilmiş qaz xətlərinin üzərinə köçürülərək köhnə xətlərin ləğv
edilməsi, “Beyləqan” ölçü qovşağından qidalanan orta təzyiqli qaz
xətti üzərində filtrin quraşdırılması və “Qaz İxrac” İdarəsinə
məxsus “Göyçay-Ucar” magistral qaz kəmərində nasaz siyirtmələrin
dəyişdirilməsidir.

Bununla əlaqədar sabah saat 09:00-dan işlər başa çatanadək
“Ucar”, “Lək”, “Zərdab”, “Ucar Pambıq emalı zavodu”, “Zərdab asfalt
beton zavodu”, “Göyçay-1 Əhali” ölçü qovşaqlarından ,“Göyçay 2”
ölçü qovşağından qidalanan orta təzyiqli “Əhali” qaz xəttindən,
saat 10:00-da isə “Beyləqan” ölçü qovşağından qaz təchizatının
dayandırılması planlaşdırılır.