
Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC artan sərnişin tələbatını nəzərə
alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin
edib.
Trend bu barədə səhmdar
cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, əlavə təyin edilən qatarlar aprelin 27-də saat
09:15-də Bakıdan- Ağstafaya, aprelin 28-də saat 15:00-da isə
Ağstafadan-Bakıya yola düşəcək.





























