
Bakı. Trend:
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, polis
əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 24-də Xankəndi
şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 17
patron darağı, 450 ədəd müxtəlif çaplı patron, 5 süngü-bıçaq və
digər sursatlar aşkar olunaraq götürülüb.





























