Advertisement

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə iclas keçirilir

Bakı. Trend:

Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi
əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilir.

Trend xəbər verir ki, iclasda Macarıstanın xarici işlər və
ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətilə
əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik
etdiyi nümayəndə heyəti iştirak edir.

Qeyd edək ki, ötən ilin fevral ayının 17-də Macarıstanın
paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri
arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası
keçirilib.