
Bakı. Trend:
Ötən il Azərbaycanla Macarıstan arasında genişləndirilmiş
strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin, digər bir sıra
əməkdaşlıq sənədlərinin imzalanması Azərbaycan-Macarıstan arasında
əlaqələrin inkişaf etməsinə xidmət edib.
Trend xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə
naziri Sahil Babayev Azərbaycan və Macarıstan Hökumətləri arasında
iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasında çıxışı
zamanı deyib.
Xəbər yenilənəcək





























