Advertisement

Xaçmaz rayonunda növbəti səyyar qəbul Mürşüdoba kəndində keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının
məsul şəxsləri ilə birlikdə Mürşüdoba kəndində səyyar qəbul
keçirib.

Qəbulda Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndələyinə
daxil olan Mürşüdoba, Nərəcan, Ağtala, Çiləgir, Sabiroba və
Mançaroba kəndlərinin sakinləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq
mühafizə orqanlarının rəhbərləri əvvəlcə Mürşüdoba kəndində
şəhidlər abidə kompleksinin önünə gül-çiçək dəstələri düzüb,
şəhidlərimnizin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər su
təchizatının yaxşılaşdırılması, elektrik təsərrüfatının
yenilənməsi, yeni məktəb binasının və tibb məntəqəsinin inşası ilə
bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.