
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun
“Cəfər Cabbarlı” stansiyasında “Bakı metropolitenində baş verə
biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda
26 aprel 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki
təlim keçirəcək.
Bu barədə Trend-ə
Nazirlikdən məlumat verilib.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin
cəlb olunması nəzərdə tutulur.





























