
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında
köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Trend FHN-ə istinadən xəbər
verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə
Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb
olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib.





























