
Bakı. Trend:
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu
qaydası hazırlanacaq.
Trend xəbər verir ki, bu,
Nazirlər Kabinetinin müvafiq sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi,
Dövlət Statistika Komitəsi və icra prosesində müəyyən ediləcək
digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə
razılaşdırmaqla, təşkil və ya yenidən təşkil nəticəsində əhalisinin
sayı 3000 nəfərdən və (və ya) 1000 vahiddən az olan ev
təsərrüfatlarının uçotu qaydası ilə bağlı təkliflərini yeddi gün
müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.





























