
Bakı. Trend:
Əqli mülkiyyət sahəsində olan naliyyətlərdə tarizi Zəfərimizin
böyük payı var.
Trend xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə
Heyətinin sədri Kamran İmanov “Əqli mülkiyyət müasir mərhələdə”
mövzusunda “Dəyirmi masa”da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əqli mülkiyyətin əsas problemi əqli
mülkiyyət ekosisteminin formalaşmasıdır.
“Prezident İlham Əliyevin apardığı islahatlar imkan verdi ki,
Azərbaycanda əqli mülkiyyət ekosistemi yenidən formalaşsın. Müəllif
hüquqları qanunla qorunur. Müəllif hüquq sistemi daha
demokratikdir. Dövlət başçısı tərəfindən təsdiqlənən nizamnaməmizdə
yeni istiqamətlər əks olunmaqla bütün sahələr əhatə olundu”, – deyə
K.İmanov əlavə edib.





























