Advertisement

Ötən il 28 mindən çox şəxsə ali məktəb, kolleclərə qəbul üçün tibbi arayış təqdim edilib

Ötən il 28 mindən çox şəxsə ali məktəb, kolleclərə qəbul üçün
tibbi arayış təqdim edilib.

Trend xəbər verir ki, bu barədə “Elektron Tibbi
Arayış”xidmətinin təqdimat mərasimində çıxışı zamanı TƏBİB-in
İcraçı direktoru Vüqar Qurbanov deyib.

O qeyd edib ki, arayışlar sığorta çərçivəsində qarşılanmır.

“Arayışlar ödənişli əsaslarla təqdim edilir. Mayın 1-dən
etibarən arayışları elektron şəkildə əldə etmək mümkün olacaq. 18
yaşınadək uşaqların, hərbi xidmətə çağırışla bağlı olan arayışlar
vətəndaşlara pulsuz təqdim edilir”,- deyə V. Qurbanov bildirib.

Xəbər yenilənəcək